DFS namespace in Windows Server 2012 R2
Salam Dostlar Bu gün sizlərə DFS namespace ilə fərqli serverlərdə olan qovluqları Public papkaya toplamağı öyrədəcəm.
Şəkildə gördüyünüz kimi ən başda bizim əsas serverimiz var.Həm DNS qurmuşuq həmdə Active Directory digərlərini isə domene üzv etmişik.İndi isə Dfs-i quraq.
Bunun üçün əsas serverə gəlib Server Manager-ə daxil olub Add roles and features-i klik edirik. Bu pəncərəni NEXT edirik.


Bu pəncərədə isə şəkildə işarə etdiyim yerlərə daxil olub Dfs namespaces və Dfs replication-a klik edib Next edirik.



Gördüyünüz kimi DFS yüklənmək üzrədir.
Açılan pəncərəni Close edirik:
Daha sonra Start-a daxil olub Dfs Management-e daxil oluruq:
Gördüyünüz kimi çox sadə pəncərəsi var:
İndi isə serverlərə daxil olub qovluqları Share edirik.
Apple adlı serverə daxil olub Ayaz adlı qovluğu hər kəsə Full control etdib Apply etdik. Daha sonra WIN-357DTET6JT2 adlı serverə daxil olub Seyyah adlı qovluğu hər kəsə Full control etdib Apply etdik.
Əsas serverə gəlib Dfs də Namespacesə sağ klik edib New namespacesə daxil oluruq.
Açılan pəncərəni Browse edib Serverimizin adını yazıb Check names edib OK basıb Next edirik.
Name də mən Public adı verdim.Qovluqlarımız bu qovluqda olacaq.Təbii ki,siz başqa ad qoya
bilərsiniz.Edit Settings də fayl icazələrini buradan təyin edə bilərsiniz.Mən Use custom permissons seçirəm. Daha sonra Next edirik:
Açılan pəncərədə əgər bizim serverdə Active directory varsa 1-i yoxdusa 2-ci seçib next edirik
Məndə Active directory olduğuna görə 1-i seçirəm.Sonda Next edirəm. Açılan pəncərəni Create edirik: Şəkildə gördüyünüz kimi əməliyyatımız sona çatıb və Public qovluqumuz hazırdı. Açılan pəncərədə şəkildə gördüyümüz yerə sağ klik edib New Folder-e klik edirik. Bu pəncərədə az öncə Full control verdiyimiz papkanın adını yazıb Add edirik. Şəkildə gördüyünüz kimi Server olan hissədə serverin adını yazırıq gördüyünüz kimi full control
Verdiyimiz qovluq üzə çıxdı.Qovluqu seçib Ok edirik. Artıq hazırdır. Digər serverdə olan qovluğuda eyni qayda ilə Add edirik.
Buda nəticəmiz.
Xatırladaq ki, Ayaz adlı qovluqumuz başqa Seyyah adlı qovluqumuz başqa serverlərdə idi.
Dfs vasitəsi ilə Public adı altındadır.

Yazar: Saleh Xələfli