Hirensboot Hard Drive Test
Salam dostlar.Bu gün sizə sərt diskin test edilməsini öyrədəcəm. Yəqin ki, hamımıza Sərt diskin nə olduğu aydındır.Əməliyyat sistemi bu diskin üzərində yazılır. C və D disklərini kompüterlərdə görmüşük.
Test üçün bizə nə lazımdır?! Hiren boot cd ilə biz həm test həm də Sərt diskin zərərli sektorlarını təmir etmiş oluruq. Hiren boot cd-ni internetdəndə yükləyə bilərik.
Mən indi disk ilə test edəcəm.Diski kompüterimizə yerləşdirib kompüterə Restart veririk.
Açılan pəncərədə Dos programs-a daxil oluruq.




Daha sonra açılan pəncərədə 6.Hard Disk Tools-a daxil oluruq.



More edirik.



Buradan 7.HDD Regenator 1.71-a klik edirik



Açılan pəncərəni Yes edirik.



Bu pəncərədə isə hər hansı bir düyməni klik edib davam edirik.



Gördüyünüz kimi bizə üç seçim verilib.Biz daha çox 1-ci və 2-ci dən daha çox istifadə edirik.



Birincini seçib enteri klik etsək həm zərərli sektorları üzə çıxaracaq həmdə zərərli sektoru təmir etmiş olacaq
İkinci ilə yalnız test edəcək.Bizə lazım olanı seçib enteri klik edirik.
Burada isə bizdən tələb olunur ki M yazıb enteri klik edək.Yazıb klik edirik.



Gördüyünüz kimi artıq əməliyyat gedir. Əgər sonuna qədər ağ rəngdə prosess getsə diskimiz sağlamdır.Qırmızı ilə davam etsə demək disk zədəlidir.



Dostlar nəzərinizə çatdırıram ki, Hiren boot cd ilə bilgisayarımızın şifrəsini sındıra bilərik.Hətta Ramını test edə bilərik.
Dostlar bu məqalənində sonuna gəldik ümid edirəm yararlı bir məqalə oldu.Hələlik
Yazar: Saleh Xələfli