Salam dostlar!!!

Bu gün sizlərə group policy ilə Active directordəki hər hansısa Organization Unitimizi block inheritance etməyi öyrədəcəm.Bu nə üçün lazımdır?!
Deyək ki,bizim Staff adında OU-mız var,bunun alt OU-ları IT,HR,LEGAL-dır.Mən istəyirəm ki,tətbiq etdiyim gpo ancaq IT və HR Organization Unit-ə tətbiq olunsun LEGAL-a isə yox.
İndi isə bütün bunları sınaqdan keçirək:
Mənim Active Directory mühitimdə Khalafli Creative Agengy adında OU və bunun alt OU-ları Accountant,Graphic Designer,Web developer adında OU-lar mövcuddur.Hər OU da isə bir istifadəçi var.
İndi biz elə edəcəyik ki, yaratdığımız Gpo Web developer dən başqa bütün OU lara tətbiq olunsun.
İlk öncə Group Policy Management pəncərəsini açırıq:




Daha sonra həmin OU-nun üzərinə mausenin sağ düyməsi ilə klik edib, block inheritance-yə işarə qoyuruq.



Bütün bunları etdikdən sonra ən birinci OU-ya Gpo tətbiq edirəm.Necə tətbiq olunduğunu təfərrüatı ilə yazmıram.Mən mərkəzdən istifadəçilərin ekran şəklini dəyişmişəm.



İndi isə nəticəmiza baxaq:





Qeyd: Saleh Khalafli adlı User Graphic Designer, Sahib Rzayev adlı User Accountant adlı Ou-da idi.
İndi isə baxaq görək Web developer Ou dakı User-ə Gpo tətbiq olunub ya yox.



Buda nəticəmiz Web developer Ou-dakı istifadəçiyə gpo tətbiq olunmayıb. Dostlar bu məqalənində sonuna gəlib çatdıq ümidvaram ki,yararlı məqalə oldu. Sağ olun!!!

Yazar: Saleh Xələfli