Salam Dostlar!!!
Bu gün yeni məqalə ilə qarşınızdayam...
Adətən olur ki, biz müəyyən səbəblərə görə kompüterimizə Şifrə qoyuruq əgər biz bu şifrəni yadımızdan çıxarsaq kompüterimizi aça bilməyəcəyik. Çox vaxt insanlar bu problemin həlli yolunu Əməliyyat sistemini yenidən yazmaqda görür.Bu problemin həlli yolu ola bilər amma belə düşünsək Desktop-da bizim şəxsi fayllarımız C diskində bizə lazımi olan proqramlarımız var.Biz əməliyyat sistemimizi yenidən yazsaq bütün bunlar silinəcək.Bu problemin həlli yolu Lazesoft Recover My Password Home Edition proqramı və CD/DVD və yaxud USB. Diskimizi və yaxud Usb-ı kompüterə yerləşdirdikdən sonra proqramımızı açırıq:

Açılan pəncərə də Burn Bootable CD/USB disk Now! seçirik.

Next edirik

Bu pəncərədə isə hansı alətdən istifadə edəcəyiksə onu seçirik.Mən Usb istifadə etdiyimə görə USB-ni seçirəm.

Commint etdikdən sonra açılan pəncərə də Usb-nin formata ehtiyacı olduğunu içindəki məlumatlarınızın backup-nu çıxarmağınızı xahiş edir.Belə etdiyiniz halda bu pəncərəni Yes edirik.

Daha sonra bir müddət gözləyirik.

Sonunda Finish edirik.

Bütün bunları elədikdən sonra kompüterimizə Restart veririk.
Açılan pəncərə də Lazesoft Live CD [EMS Enabled]-i seçirik.

Reset Windows Password-u seçib davam edirik:

Yes edirik

Next edirik

Burada isə hansı Userin şifrəsini qırmaq istəyiriksə onu seçib Next edirik.

Növbəti pəncərədə isə RESET/UNLOCK-a klik edirik.

Gördüyünüz kimi nəticə uğurlu oldu


Dostlar bu məqalənində sonuna gəldik.Növbəti məqalələrdə görüşənədək.
Sağ olun!!!

Yazar: Saleh Xələfli