Lazesoft Recovery Suite Home Edition
Data Recorvery



Salam dostlar
Elə olur ki müəyyən səbəblərə görə əməliyyat sistemimiz zədələnir. Fərz edək ki kompüterimiz açılmır.
Bizim C diskimizdə və ya Desktopumuzda vacib fayllarımız var.Sistemi yenidən yazsaq böyük ehtimal bütün fayllarımız itəcək faylların bərpası isə müəyyən vaxt alacaq.
Bu proqram vasitəsilə bu kimi problemlərə son qoyacayıq. Bu proqram üçün bizə CD/DVD və USB lazım olacaq.

İlk öncə bu proqramı CV/DVD-yə yazmalıyıq altdakı linkə daxil olub necə yazıldığına baxa bilərsiniz http://salehxalafli.com/lazesoft2.html
Proqramı yazdıqdan sonra proqramımıza daxil oluruq açılan pəncərədə
Data recorvery-ə daxil oluruq:

Açılan Pəncərədə Fast scan bölümünə daxil oluruq:

Açılan pəncərədə məlumatlarımız olan diskin üzərinə gəlib Start search buttonuna klik edirik


Gördüyünüz kimi mənim C diskimdə sənədlərim adlı folderim var mən həmin folderi indi USB-yə daxil edəcəyəm.
Daha sonra rahat yeni sistem yazım.İndi həmin folderi işarə edirik.

Bütün bunları etdikdən sonra Save files edib USB-i seçirik:

Əməliyyatımızın uğurla bitdiyini görürük.

Daha sonra USB-i kompüterimizdən çıxarıb başqa kompüterə əlavə edirik ki, baxaq görək sənədlərimizi qurtara bilmişik yoxsa yox.

Şəkildəndə göründüyü kimi bizə lazım olan sənədlər folderini USB-yə əlavə edə bilmişik.Artıq rahat yeni sistem yaza bilərik. Dostlar bu məqalənində sonuna gəldik ümidvaram ki, yararlı məqalə oldu.
Sağ olun!!!


Yazar: Saleh Xələfli