Windows 10 "Partition Hard Drive"

Salam dostlar!!!


Bu gün sizlərə Windows 10 üzərində Hard Diskimizi neçə bölmək lazım olduğunu göstərəcəyəm.Hamımıza aydındır ki, əməliyyat sistemi kompüterimizin C diskində yazılır.Əgər biz şəxsi məlumatlarımızı bu diskdə saxlasaq nə vaxtsa yeni əməliyyat sistemi yazsaq bütün məlumatlarımız silinəcək.Fayllarımızı geri qaytarmaq isə müəyyən vaxt alacaq.Belə olan halda malumatlarımızın daimi saxlanması üçün əlavə diskə ehtiyacımız var.


İlk öncə Windows+R düymələrinə basırıq.
Açılan pəncərədə diskmgmt.msc yazıb OK edirik.



Açılan pəncərədə isə C diskin üzərinə sağ düymə ilə klik edib Сжать том-a daxil oluruq.



Размер сжимаемого пространства bölümündə maksimum neçə MB yer ayıra biləcəyimizi göstərir. Mənim HDD 120GB-dır.Bunun 50 GB-nı bölmək istəyirəm.Bunun üçün həmin yerdə 50000 MB yazıram.Təxminən 45-50 GB arası əlavə diskim olacaq.Bütün bunları etdikdən sonra Сжать buttonuna basırıq.



Hardasa 48 GB-a yaxın əlavə diskimiz var.Amma hələki əməliyyatımız başa çatmayıb.Həmin disk üzərina sağ klik edib açılan pəncərədə Создать простой том yazısına basırıq.





Bu pəncərələri NEXT edirik:





Bu pəncərədə isə diskimiz üçün hansı hərfi istəyiriksə onu seçirik.Necə ki,əməliyyat sistemi yazılan disk həmişə C olurMən W seçib davam edirəm.



Bu pəncərədə NTFS fayl sistemini seçib,Метка Tома bölümündə isə diskimizə ad qoyuram. Mən məqalə üçün hazırladığıma gorə Sınaq qoydum,diskin adı sizin istəyinizdən asılıdır.


Növbəti pəncərədə isə Готово buttonuna klik edərək.Əməliyyatı sonlandırırıq.



Buda nəticəmiz



Əlavə diskdə şəxsi məlumatlarınızı daimi olaraq saxlaya bilərsiniz.Kompüterinizi format edəndə belə əgər bu diski format etməsəniz məlumatlarınızın heç biri bu diskdən silinməyəcək.Dostlar bu məqalənində sonuna gəldik ümidvaram yararlı bir məqalə oldu.

Sağ olun!!!

Yazar: Saleh XƏLƏFLİ