Adobe Photoshop-da qara qələm effekti

Salam dostlar bu gün sizə Adobe Photoshop-da qara qələm effekti necə hazırlanır onu öyrədəcəm. İlk öncə Photoshop proqramında File daha sonra open (ctrl+o) – ya daxil olub istədiyimiz şəkli seçirik.




Şəkili əlavə etdikdən sonra şəklin kopyasını çıxarırıq ctrl+j ilə.Daha sonra şəkili ctrl+shift+u klik edib rəngsiz edirik.Gördüyünüz kimi şəkil bu formaya düşdü.



Daha sonra yenə həmin layerin ctrl+j- lə kopyasını çıxarıb Ctrl+i klik edirik



Növbəti mərhələdə isə Normal bölümünə gəlib Color Dodge-ni seçirik.



Gördüyünüz kimi şəkil bu vəziyyətə düşdü.Daha sonra Filter+blur+Gussian blur-a daxil oluruq.



Sonda Pixels-i istəyə uyğun nizamlayırıq.



Gördüyünüz kimi şəklimiz hazırdır.



Dostlar bu məqalənində sonuna gəldik ümidvaram ki, yararlı bir məqalə oldu.

Yazar: Saleh Xələfli